Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Trampın yaxın tanışı saxlanıb! - İnsan alveninə görə…

Baxılıb: 548     Tarix: 08-07-2019 10:55   

Amerikalı milyarder və prezident Donald Trampın yaxın tanışı – maliyyəçi Cefferi Epşteyn bazar ertəsi seksual isttismar məqsədilə insan alveri ittihamı ilə Nyu-York məhkəməsi qarşısına çıxarılacaq.
«The New York Times» nəşninin xəbər verdiyi kimi, polis Epşteyni təyyarəsi Parisdən enərkən, qonşu Nyu-Cersi ştatının aeroportunda həbs edib.
Saxlanma 2007-2008-ci illərdə aparılmış araşdırmalarla bağlıdır. O zaman milyarderi yetkinlik yaşına çatmamış fahişələrdən istifadədə ittiham ediblər.  Trampın «dostu» 13 ay türmədə yatıb və özünün günahsız olduğunu bildirib. Bundan başqa, o, öz qurbanlarına kompensasiya ödəmək öhdəliyi götürüb və seksual cinayətkar kimi qeydə alınıb.
Bu məsələdə KİV-lər Epşteynin prezident Donald Trampla, eks-prezident Bill Klintonla, Britaniyalı şahzadə Endryu və York hersoqu ilə yaxın dostluq əlaqəsinin olduğuna xüsusi işarə vururlar.
Beləliklə, Qərb demokratiyası indi olub Tramp «demokratiya»sı – o da ki, Epşteynin inkişaf etdirdiyi «seks demokratiyası» anlamına gəlir…
Mirzə AĞ
AzPolitika.info



{sape_links}{sape_article}