Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Abdullah Gül və Əhməd Davudoğludan incimişəm” – Ərdoğan

Baxılıb: 468     Tarix: 10-07-2019 11:37   

“Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: “O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də “Yolunuz açıq olsun”, – dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.
Ərdoğan keçmiş prezident Abdullah Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.
Türkiyə prezidenti “Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına “Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, – şəklində cavab verib.
Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar