Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türk diplomatlarını öldürənin bacısı deputatdır

Baxılıb: 460     Tarix: 19-07-2019 14:25   

İraqın Ərbil şəhərində restorana hücum edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Dersim Dağın böyük qardaşıdır.
“Report” xəbər verir ki, məlumatı İHA yayıb.
İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizlik idarəsi bildirib ki, restoranda terrorun törədilməsində iştirak edənlərdən biri – Mazlum Dağ 1992-ci ildə Türkiyənin Diyarbakır əyalətində anadan olub.
Onun Türkiyə parlamentinin üzvü, HDP-çi Dersim Dağın qardaşı olduğu müəyyən edilib.
İddia olunur ki, Mazlum Dağ terrorçu PKK qruplaşmasına təzyiq edərək bacısı Dersim Dağın deputatlığa namizədlər siyahısına saldırıb. Dağlar ailəsi Diyarbakırda qeydiyyatda olsalar da, hazırda İstanbulda yaşayırlar.
Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar