Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanda yaşayan ukraynalılar seçkilərdə Zelenskini dəstəkləyib

Baxılıb: 453     Tarix: 22-07-2019 11:15   

Ukraynanın Mərkəzi Seçki Komissiyası xarici dairələrdə səslərin 100 faizini saydıqdan sonra Ali Radaya seçkilər üzrə səsvermənin nəticələrini elan edib.
“Report” Ukrayna MSK-ya istinadən xəbər verir ki, xaricdə yaşayan ukraynalılar dünyanın 72 ölkəsində 102 seçki məntəqəsində səs vermək imkanına malik olublar.
Azərbaycandakı seçki məntəqəsində seçicilərin 42,35 faizi prezident Vladimir Zelenskinin tərəfdarlarının partiyası olan Xalqın Xidmətçisi Partiyasına səs veriblər.
Qeyd edək ki, Ukraynada Ali Radaya seçkilər dünən keçirilib. Partiya siyahısı üzrə parlamentdə təmsil olunmaq hüququ qazanan partiyalara 225 mandat veriləcək, daha 199 deputat isə birmandatlı dairələrdən seçiləcək. MSK-nın səslərin 30,9 faizini emal etməsindən sonra açıqladığı nəticələrə əsasən, prezident Zelenskinin tərəfdarlarının partiyası 42,12% səslə liderlik edir. Onları Viktor Medvedçuk, Yuri Boyko və Vadim Rabinoviçin Müxalifət Platforması – Həyat Uğrunda Partiyası (12,69%), sabiq prezident Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyası (8,7%), keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası (8,2%) və musiqiçi Svyatoslav Vakarçukun Qolos Pariyası (6,4%) izləyir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar