Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi

Baxılıb: 525     Tarix: 23-07-2019 11:38   

ABŞ donanması PUA-lara qarşı yaradılmış yeni müdafiə sistemi ilə İrana aid PUA-nı sıradan çıxarıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Military.com” nəşri yazıb.
Məlumata görə, yeni yaradılmış MRZR LMADİS sistemi minlərlə metr uzaqlıqdan İran PUA-sının siqnallarını qarışdıraraq onu sıradan çıxara bilib. Sözügedən sistem ABŞ ordusu tərəfindən ilk dəfə tətbiq edilib.
İdarəetmə və sensoz modulları olmaqla iki hissədən ibarət sistemin radar sensorları, kameralar, radiotezlik detektorları ilə müəyyən etmək və uzaq məsafədən aparatın siqnallarını qarışdıraraq sıradan çıxarmaq potensialı var. Sistem ABŞ ordusu tərəfindən quruda və dənizdə test edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüzdə 900 metr məsafəyə qədər yaxınlaşdığı üçün ABŞ gəmisinin İran PUA-sını məhv etməyə məcbur olduğunu bildirmişdi.
İran isə dronunun vurulmadığını, əksinə ABŞ gəmisinə yaxınlaşan PUA-nın çəkdiyi görüntüləri paylaşmışdı.шаблоны для dle 11.2