Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Türk generaldan şok: F-35 Türkiyəyə niyə verilmədi?

Baxılıb: 427     Tarix: 25-07-2019 10:00   

ABŞ Türkiyənin regional güc olmasını istəmir.
Qanunvehedef.az xəbər verir ki, bunu Türk Miras Vəqfinin iclasında çıxışı zamanı Türkiyənin Baş Qərargah rəisinin keçmiş müavini Ergin Sayqun deyib.
“Qərb üçün Yaxın Şərqdə önəmli olan İsrailin və enerji qaynaqlarının təhlükəsizliyini təmin etməkdir. İsrailə düşmən olan bütün ölkələr neytrallaşdırılıb. Bu siyahının sonunda Türkiyə yer alır. Bunu təəssüf edərək söyləyirəm, amma reallıq budur. Türkiyə ilə ABŞ arasında problemlər S-400-dən daha böyükdür. S-400 məncə kiçik bir məsələdir. Əgər S-400-ü bitirmək məsələsiylə bağlı razılaşarsaq, əminəm ki, yeni tələblər ortaya çıxacaq. ABŞ Türkiyənin müstəqil xarici siyasətindən məmnun deyil və Türkiyənin regional güc olmasını istəmir”, – deyə o bildirib.
Sayqun ABŞ üçün Yaxın Şərqdə əsas məsələnin İsrail və neft olduğunu deyib:
“S-400-lər F-35-lərin məxfi məlumatlarını ortaya çıxarmayacaq. Bunların özəlliyini artıq Rusiya, Çin və ya texnoloji casusluğu istifadə edənlər çoxdan bilirlər. Türkiyənin F-35 layihəsindən uzaqlaşdırılması 10 il öncə xarici əlaqələr komissiyasında müzakirə edilmişdi. Ona görə ki, Türkiyə F-35-ləri alacağı təqdirdə Yaxın Şərqdəki balansı dəyişdirəcəkdi. İsrailin havadakı üstünlüyü yox olacaqdı. Amerika və Qərb üçün Yaxın Şərqdə iki önəmli məsələ var. Bunlardan biri İsrail, digəri isə enerji resurslarının təhlükəsizliyidir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar