Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvanın yeni Qarabağ yolu yalan çıxdı – Şok detal

Baxılıb: 345     Tarix: 29-07-2019 14:00   

Qafan-Hadrut avtomobil yolu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın bəyanatı həqiqətdən uzaqdır.
Qanunvehedef.az xəbər verir ki, bu məlumat erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında etibarlı mənbələrə istinadən yayımladığı məqalədə yer alıb.
“Qriqoryanın sensasion müsahibəsindən sonra bizim yaxşı məlumatlanmış mənbələrimiz yumşaq şəkildə desək, onun bəyanatının doğruluğunu şübhə altına qoydular.
Birincisi, Qriqoryan vəzifəsindən asılı olmayaraq, hökumət düşərgəsində belə strateji layihəni aşkar etmək haqqına sahib olan fiqur deyil. Adətən strateji vacib qərarlar barədə ictimaiyyət Nikol Paşinyanın ağzından məlumatlanır. Bu gün erməni iqtisadiyyatı, büdcəsi belə layihəni reallaşdırmaq imkanına sahib deyil və hazırlıq görmədən belə layihələri başlamaq riskli olardı. Bu planda Qriqoryan situasiya ilə ümumiyyətlə tanış deyil.
Nəhayət, mənbəmizin informasiyasına əsasən, Qafan-Hadrut yol layihəsi hələlik yalnız müzakirə edilən ideyadır, bu layihə barədə Armen Qriqoryanın təsdiq etdiyi kimi siyasi qərar yoxdur. Beləliklə, biz artıq əmin oluruq ki, Qriqoryanın bəyanatı avantürizmin nəticəsidir”, – deyə o bildirib.
Artsruni Qriqoryanın reallıqla heç bir əsası olmayan bəyanatının Nikol Paşinyan və onun hökumətinin reputasiyasına zərbə olacağını bildirib:
“Siyasi blef adətən Serj Sərkisyana xarakterik idi. Məsələn, üçüncü prezident müxtəlif zamanlarda Ermənistanla İranı birləşdirən dəmiryolu və ya yeni AES tikəcəyini deyərək, cəmiyyəti adlandırırdı. Belə davranışa ictimai etibarın olduğu inqilab hökuməti yol verə bilməz. Biz əminik ki, Armen Qriqoryanın bəyanatıyla bağlı Paşinyan məlumatlandırılmayıb. Biz həmçinin əmin olmaq istəyirik ki, Qriqoryan öz komandasına qarşı siyasi sui-qəsddə iştirakçı deyil”.
Jurnalist yaranan situasiyadan yeganə çıxış yolunun Qriqoryanın istefası olduğunu, əks halda bunun rezonans yaradacaq qovulmaya səbəb olacağını vurğulayıb.
Qeyd edək ki, bundan öncə “Azadlıq” radiosuna müsahibəsində Armen Qriqoryan İrəvanın Ermənistanı Qarabağla birləşdirəcək yeni 150 kilometrlik Qafan-Hadrut avtomobil yolunu tikəcəyini bildirmişdi. Qriqoryan yolun 2020-ci ilə qədər hazır olacağına ümid etdiyini bildirmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar