Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Eldar Mahmudovun oğlu şirkətini ləğv etdi - Səbəb

Baxılıb: 1 031     Tarix: 14-05-2020 08:25   

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov mayın 11-də “MEA Capital Limited” şirkətinin könüllü şəkildə ləğv olunduğunu elan edib.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin oğlu bu şirkəti iki il əvvəl təsis etmişdi. Həm də bu o vaxta təsadüf edirdi ki, Anar Mahmudovun qayınatası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin Bakıda yeni məhkəməsi başlamışdı. Amma daha sonrası da var. Məhz şirkətin təsis günlərində A.Mahmudovun qayınanası Zamirə Hacıyeva da Britaniya mətbuatının diqqətində idi.
Zamirə Hacıyeva Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanılmışdı. Xanım Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi.
London məhkəməsi bir neçə ay davam edən səs-küylü prosesin sonunda Z.Hacıyevanı Azərbaycana vermədi. Onun əmlakının müsadirə edilməsi, satışa çıxarılacağı haqda məlumatlar olsa da, dünyanı bürüyən pandemiya Z.Hacıyevanın müvəqqəti də olsa işinə yaramış kimi görünür.
A.Mahmudovun indi ləğv etdiyi bu şirkətinin adı da diqqət cəlb etmişdi. Yəni MEA abreviaturası sabiq nazirin soyadı (M) və adının (E) baş hərflərini və oğlunun adının (A) birləşməsindən yaradılmışdı. Hələ o zaman ingilis mediası da yazırdı ki, “MEA Capital Limited”in Azərbaycanda rüsvayçılıqla işdən qovulmuş sabiq nazirin və qudası Cahangir Hacıyevin Beynəlxalq Bankdan taladıqları pullar cəmləşib. Yeri gəlmişkən, A.Mahmudov şirkətin nizamnamə kapitalının 1 ingilis funtu olduğunu göstərmişdi.
Mahmudovun şirkətinin 1 funtluq olmadığı elə qeydiyyat sənədlərindən məlum olmuşdu. Belə ki, yerli media yazmışdı ki, Mahmudovların adlarını daşıyan şirkət Londonun dəbdəbəli rayonlarının birində qeydiyyata götürülüb. 2018-ci ildə Anar Mahmudovun yunan Kiprində də “4CYTRAMOUNTANAS LTD” adlı şirkət təsis etməsi barədə sənədlər dərc olunmuşdu.
Eldar Mahmudovun oğlunun ailə biznesinin başında olduğu haqda xəbərlər atası işdən uzaqlaşdırılandan dərhal sonra üzə çıxmışdı. Məlum olmuşdu ki, A.Mahmudov Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, VİP və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi, “Wine City” adlı şərab butikləri daxildir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.
Xarici ölkələrdə də Mahmudovun ailə üzvlərinin biznesi vardı. Belə ki, “Royals” turizm şirkəti Türkiyədə, İspaniyada isə 4 tikinti və inşaat şirkətləri hazırda da fəaliyyətdədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar