Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qarabağla bağlı plan var, masadadır – ABŞ diplomat

Baxılıb: 1 083     Tarix: 14-05-2020 08:37   

Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbuledilməzdir. Təəssüf ki, münaqişənin çox uzun müddət davam etməsinə icazə verildi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta HafizTimes.com bloquna müsahibəsində bildirib.
“Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edir. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir. Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir o plan masa üzərindədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllinə də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr Soyuq müharibədən sonra bölgənin inkişaf edəcəyinə ümidimizi, Avropanın isə təhlükəsizliyini təhdid edir", - Sekuta vurğulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar