Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənilərin bu əməli ilə bağlı da cinayət işi açıldı

Baxılıb: 1 018     Tarix: 17-07-2020 11:43   

İyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulmuşdur.
Bu barədə  Qanunvehedef.az-a Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri və institusional tədbirlər görüləcəkdir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar