Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

MM-də uşaqpulu gündəmə gətirildi: Bəzi başçılar...

Baxılıb: 1 228     Tarix: 06-08-2020 13:27   
 

Milli Məclisin bugünkü iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı uşaq pulu məsələsini gündəmə gətirib.
Qanunvehedef.az xəbər verir ki, Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində uşaqpulunun verilməsini təklif edib:
“Bu gün ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə belə hazırda uşaqpulu verilir. Amma bizdə verilmir. Mən baxıram, nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır. Amma uşaqpulu strateji məsələdir və verilməsi vacibdir. Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür. Bəs, uşaqlar bizim gələcəyimiz deyilmi? Bəlkə də uşaqpulunu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı. Ən azından birtəhər dolanacaqdılar. Bu gün uşaqpulu vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”
Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiəsi üçün ayrılan vəsaitləri mənimsədiyini bildirib:
“Bununla bağlı bir çox video-faktlar gördük. Bunu təkzib etmək olmaz. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu uşaqpulunun verilməsidir. Təklif edirəm ki, bu məsələyə baxılsın”.
MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Qasımlı isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir:
“Təklif edirəm ki, bununla bağlı işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, əgər bu olacaqsa, ünvanlı olmalıdır, ehtiyacı olan ailələrə verilməlidir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar