Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Çavuşoğlunun Bakıya bu təklifi nə vəd edir? - Deputat

Baxılıb: 845     Tarix: 12-08-2020 08:46   

Türkiyə ilə Azərbaycan arasında hazırda viza rejimi yoxdur, insanlar kifayət qədər rahat şəkildə, heç bir problem yaşamadan gediş-gəliş həyata keçirə bilir.
Bu sözləri  millət vəkili Elman Nəsirov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iki ölkənin vətəndaşlarının qarşılıqlı səfəri zamanı pasport sisteminin ləğv olunması barədə təklifini şərh edərkən deyib.
Deputat bildirib ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir:
“Prezident İlham Əliyevin dediyi kimi, dünyada elə ölkələr yoxdur ki, onların münasibətləri Azərbaycan-Tükiyənin birliyi səviyyəsində olsun. Əgər “dövlətlər arasında ən yüksək əlaqə necə olmalıdır” sualı yaranarsa, Azərbaycan-Türkiyə münasibətləri örnək göstərilə bilər”.
Deputat qeyd edib ki, Türkiyə Xarici İşlər nazirinin məlum təklifinin hər iki dövlət üçün böyük əhəmiyyəti və mənası var:
“Qardaş ölkə ilə qarşılıqlı səfərlər zamanı pasport rejiminin ləğvi təklifi dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi istiqamətində atılmış bir addım olardı. Bu da bizim “bir millət - iki dövlət” olduğumuzu bir daha nümayiş etdirər. Pasport rejiminin aradan qaldırılması hər iki dövlətin ortaq mövqeyi, geniş araşdırmaları, mənəvi, psixoloji tərəfi və bunun kimi bir çox nüansların çox ciddi təhlili nəticəsində tətbiq oluna bilər. Bu gün dövlətlərimiz arasında pasport rejimi var, buna baxmayaraq, insanlar qarşılıqlı səfərlərini rahatlıqla reallaşdırırlar”.
E.Nəsirov iki ölkə arasında pasport rejiminin ləğvinin iqtisadi faydalar gətirə biləcəyini də qeyd edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar