Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Turan Ordusu bu tarixdə elan edilir? – Video

Baxılıb: 945     Tarix: 21-08-2020 10:54   

Turan Ordusunun oktyabrın 29-na kimi qısa bir müddətdə yaradılması mümkünsüzdür. Çünki bu, elə də sadə bir layihə deyil. 20 ildən artıq bir müddətdir ki, Türkiyə rəhbərliyi bu yöndə işlər görür. Xüsusilə də son illərdə bu məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) iclaslarında da təklif edilib.
Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov türkiyəli strateq Kaan Sarıaydının Turan Ordusunun yaradılacağı haqda sözlərini şərh edərkən deyib.
Polkovnikin sözlərinə görə, Turan Ordusunun yaradılması türk ölkələri üçün çox vacibdir:
“Prinsip etibarilə bu gün ölkələr geosiyasi arenada təşkilatlar nəzdində çıxış etməyə daha çox maraqlıdır. Şübhəsiz, bu gün Türkiyə regionda sözü keçən, sayılan qüdrətli bir ölkədir. Lakin Türkiyə də başa düşür ki, Avropa Birliyi və ya NATO kimi təşkilatlarla daha böyük işlər görmək mümkündür.
Turan Ordusu layihəsi uzun illərdir gündəmdə olan həyati, bir o qədər də həssas bir mövzudur. Turan Ordusu türk ölkələrinin vahid bir təşkilatda yarada biləcəyi NATO bənzəri bir layihədir. Türkiyə bu məsələdə uzun illərdir təkliflər edir. Onu deyim ki, mən də bu təklifə müsbət baxıram və zəruri sayıram. Çünki şimal qonşumuz Rusiya belə öz təşkilatını yaradıb. Təəssüf ki, düşmən Ermənistan da bu təşkilatın bir parçasıdır. Belə bir vəziyyətdə Azərbaycanın da güclü bir hərbi təşkilat daxilində olması vacibdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu mənada uzun illərdir uğurla fəaliyyət göstərir. İlk illərdə türk ölkələri arasında mədəni, tarixi, etnik bağların qorunması əsasında yaransa da, bu gün iqtisadi-siyasi mövzularda kifayət qədər mühüm işlər görülməkdədir. Şübhəsiz, təşkilat gələcəkdə NATO bənzəri bir orduya ehtiyac duyacaq ki, məhz bu zaman biz Turan Ordusundan bəhs edə bilərik. Düşünürəm, Turan Ordusunun oktyabrın 29-na qədər yaradılması inandırıcı deyil.
Lakin gələcək üçün bu, çox müsbət və vacib bir addım ola bilər. Bunun üçün hələ çox işlər görülməlidir”.



Qanunvehedef,azшаблоны для dle 11.2



Ən çox oxunanlar