Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Prezident Mehdiyevə dərs verdi: Bütün məmurlar... - Deputat

Baxılıb: 901     Tarix: 22-08-2020 17:38   

Akademik, AMEA prezidenti Ramiz Mehdiyevin bağ evində nəvəsinə toy mərasimi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər hər kəs kimi, məni də çox təəccübləndirdi. Təəssüf ki, bu informasiyanın həqiqət olduğu üzə çıxdı.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva akademik Ramiz Mehdiyevin nəvəsinə bağ evində toy mərasimi keçirməsi və bunun hazırda ölkənin gündəminə çevrilməsi haqda danışarkən deyib.
O bildirib ki, yüksək vəzifə daşıyan bir şəxsin bu addımı cəmiyyətdə ciddi narahatlıq yaradıb:
“Onun bu addımı heç bir halda başadüşülən deyil. Bu dövlətimizin verdiyi qərarlara əks getmək deməkdir”.
Q.Paşayevanın sözlərinə görə, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qanun qarşısında hər kəsin eyni olduğunu nəinki elan edib və bunun icrası üçün siyasi iradə göstərirlər, həm də hər zaman, hər addımlarında hamıya nümunə olurlar:
“Prezidentimizin qapalı məkanlara tibbi maskadan istifadə edərək getməsinin özü də bir nümunədir. Halbuki o tədbirlərdə Prezidentin bir neçə metrliyində bir şəxs olur, ya olmur. Buna baxmayaraq, həm Prezident İlham Əliyev, həm də Mehriban xanım Əliyeva bu nümunəni nümayiş etdirirlər. Prezidentin prioritet olaraq ortaya qoyduğu bu siyasi iradəyə necə əks getmək olar? Vəzifəli adamının bunu bilməməsi çox təəccüblüdür.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışında “heç kəs toxunulmaz deyil”, “hər kəs qanun qarşısında bərabərdir” sözlərini təsadüfən deməyib. Doğmalarına toy etməklə sadə insanlarda yanlış təsəvvür yaradan məmurlar birdəfəlik bilməlidirlər ki, Prezidentin iradəsindən üstün, qanundan yuxarı heç nə yoxdur. Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin 15 sutka inzibati həbs cəzası alması həm cəmiyyətə, həm də məmurlara bir mesajdır: heç kəs qanundan üstün və toxunulmaz deyil, heç kim tutduğu vəzifədən sui-istifadə edib, dövlətin siyasətinə və qanunlara qarşı çıxa bilməz”.

Qanunvehedef.az
Millət vəkili onu da vurğulayıb ki, nüfuzlu şəxslər, ziyalılar, akademiklər də daxil olmaqla, məmurlar özü Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan nümunə götürməli, digərlərinə də özləri nümunə olmalıdırlar:
“Hesab edirəm ki, bu, hamı üçün bir dərs olacaq. Hamıya bir daha aydın oldu ki, qanun hər kəs üçündür və onlara əməl edilməlidir. Dövlətimiz koronavirus pandemiyasına görə indiyə qədər milyardlar itirib, iqtisadiyyatın bir çox sahələri iflic vəziyyətinə düşüb. Prezident İlham Əliyev bütün itkiləri göz altına alaraq xalqın, ayrı-ayrı vətəndaşların sağlamlığının onun üçün hər şeydən uca olduğunu dəfələrlə bəyan edib və bu siyasəti də davam etdirir. Bu xalqın bir fərdi ölməsin, zərər çəkməsin deyə, Prezident İlham Əliyev milyardlar itirilməsinə razıdır. Bu siyasətə necə əks gedib, kütləvi tədbirlər keçirmək və koronavirus yoluxması riskini artırmaq olar? Orda iştirak edən insanlar necə, dövlətimizin və şəxsən Prezidentimiz İlham Əliyevin aylardır hansı gərginlikdə necə qərarlar aldığını bilmirlərmi? Onlar bu addımla çox pis bir “nümunə” ortaya qoyduqlarını bilmirdilərmi?”
Millət vəkili sonda əlavə edib ki, bu fakt qanundan üstün və toxunulmaz şəxsin olmadığını bir daha cəmiyyətə göstərmiş oldu.шаблоны для dle 11.2



Ən çox oxunanlar