ABŞ DA LUKAŞENKONUN LEGİTİMLİYİNİ TANIMADI - "Seçkinin elan edilmiş nəticələri fırıldaqdır..."
Baxılıb: 621 Tarix: 24-09-2020 11:40
Sentyabrın 23-də Birləşmiş Ştatlar Lukaşenkanın legitimliyini tanımayan Qərb ölkələrinin sırasına qoşulub.
Bu barədə Dövlət Departamentinin sözçüsü açıqlama verib:"9 avquyst seçkisinə azad, nə də ədalətli olub. Seçkinin elan edilmiş nəticələri fırıldaqdır və heç bir legitimliyi yoxdur. Birləşmiş Ştatlar Aleksandr Lukaşenkonu Belarusun legitim seçilmiş lideri hesab edə bilməz”.
Birləşmiş Ştatlar müstəqil müşahidəçilərin nəzarəti altında keçiriləcək azad vəədalətli seçki ilə nəticələnəcək milli dialoqa çağırıb. Sözçü əlavə edib ki, qanunsuz saxlananların azad edilməsi və dinc etiraz edən vətəndaşlara qarşı repressiyalara son qoyulması əsl milli dialoqa yönəlmiş ilk addım olmalıdır.
Lukaşenkanın sentyabrın 23-də keçirdiyi gizli andiçməhəm qərbdə, həm də ölkə daxilində müxalifət üzvlərinin tənqidilə üzləşib. Mərasimdən sonra Minskdə spontan nümayişlər başlanıb.“Bizim dövlətçiliyimiz müstəqil dövlətləri dağıtmağı hədəfləyən, yaxşı inkişaf etmiş texnologiyalara söykənən görünməmiş problemlə üzləşməli oldu. Amma biz rəngli inqilabın alınmadığı azsaylı ölkələrdən birinə çevrildik, bəlkə də, yeganə belə ölkə olduq. Bu, ölkəsini itirmək istəməyən Belarus xalqının seçimi idi”, – Lukaşenko and içərkən deyib.
Andiçmə mərasimindən dərhal sonra Lukaşenkanın seçkidəəsas rəqibi olmuş Svetlana Tixanovskaya deyib ki, onun saxtalaşdırılmış qələbəsini heç vaxt qəbul etməyəcək. O, dərhal vətəndaş itaətsizliyi kampaniyasına çağırıb.
“Hər kəs prezident ola bilər. Konstitusiyanı götür, əlini üstünə qoy, bir neçədəfə ‘And içirəm’ de və “Mən prezidentəm” sözləri yazılmış kağızı imzala vəcibinə qoy”, – Txanovskayanın komandası bəyanatında bildirib.
2002-2019-cu illərdə Belarusun Polşa, Fransa, UNRSCO və İspaniyada səfiri olmiş Paval Latuşka Telegram kanalında yazıb ki, ölkə görünməmiş vəziyyətə düşüb. O, hazırda müxalifətin Koordinasiya Şurasının üzvüdür:
“Səslərin 80 faizindən çoxunu yığdığı iddia olunan, vəzifəsindən getməli olan prezident xüsusi əməliyyat keçirərək and içib. Çevik polisin mühafizəsi altında, gizlilik atmosferində, tələsik gətirilən məmurların əhatəsində. Bayram edən vətəndaşlar hanı bəs? Diplomatik korpus hanı?” “Düzünü desəm, bu, daha çox başqa bir qanuni oğrunun tacqoyma mərasiminə oxşayır”, – Latuşka əlavə edib. (azadliq.org)
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər