Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağ savaşı böyüsə... - Areşidze

Baxılıb: 699     Tarix: 28-09-2020 11:36   
 

Əgər Ermənistan-Azərbaycan konflikti bir neçə gün ərzində dayanmasa, genişmiqyaslı savaşa keçsə, bu o deməkdir ki, ona bütün region, o cümlədən Gürcüstan cəlb ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu gürcü ekspert Mamuka Areşidze deyib.
“Bugünkü vəziyyəti çox ağır dəyərləndirərdim. Düşünürəm ki, Qarabağ konfliktinin aktivləşməsi və döyüş fazasına keçməsi böyük oyunçuların təşəbbüsü ilə baş verir. Burada Türkiyə, Rusiya və digərlərinin əlinin olmasını təsdiq edə bilmərəm. Əgər Ermənistan-Azərbaycan konflikti bir neçə gün ərzində dayanmasa, genişmiqyaslı savaşa keçsə, bu o deməkdir ki, ona bütün region, o cümlədən Gürcüstan cəlb ediləcək. Humanitar və iqtisadi nöqteyi-nəzərdən region üçün fəlakət təhdidi var. Bunun belə olacağını deyə bilmərəm, amma hazırkı vəziyyətin məntiqi bunu deməyə əsas verir”, – deyə o bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar