Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İrandan Ermənistana silah daşıyan TIR-lar yandırıldı

Baxılıb: 831     Tarix: 30-09-2020 10:58   

İran ərazisindən Ermənistana silah daşınmasına dair videokadrlar yayılır.
Qanunvehedef.az xəbər verir ki, sosial şəbəkələrdə cənublu soydaşlarımızın İran ərazisindən işğalçı Ermənistana hər hansı dəstəyin göndərilməsinə etiraz etdiyi bildirilir.
Məlumata görə, azərbaycanlılar buna etiraz olaraq, dünən gecə silah daşıyan yük maşınlarını yandırıb.
Son günlər İran ərazisindən işğalçı Ermənistana silah daşınmasına dair video və foto faktlar yayılmaqdadır. Soydaşlarımız yolları bağlayaraq, buna etiraz edirlər.
İranın Ermənistana silah daşınması üçün ərazisinin tranzit kimi istifadə edilməsinə icazə verməsi Azərbaycan-İran münasibətlərinə və İslam həmrəyliyinə zidd addımdır. Azərbaycan etibarlı tərəfdaş olaraq həmişə İranla mehriban qonşuluq siyasətinə sadiqdir və eyni münasibəti İran İslam Respublikasındanın da sərgiləməsini istəyir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar