Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

I Qarabağ savaşının “qaliblər”i Qarabağa gəlir və...

Baxılıb: 618     Tarix: 23-10-2020 12:44   

Ermənistan Baş naziri Nikol Paşinyanın “total səfərbərlik” çağırışının ardınca erməni mediası Birinci Qarabağ müharibəsində iştirak edən və hazırda Ermənistanda, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin döyüşlərə qatılmaq üçün Qarabağa gəlməsindən bəhs edir.
Əslində, 27 sentyabrdan - Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı və ağır zərbələrlə erməni ordusunun ön qüvvələrini darmadağın edib, geri çəkilməyə məcbur etdiyi ilk günlərdən Birinci Qarabağ savaşında iştirak edən erməni “qəhrəmanlar”ın könüllü olaraq döyüşə üz tutduğu haqda məlumatlar yayılmağa başlamışdı.
Erməni mediası həvəslə həmin şəxslərin Şuşanı, Xocalını, Laçını və s. necə işğal etdiklərini tirajlayırdı. İndi də bu proses davam edir. Ancaq indi “Laçının (Şuşanın, Xocalının...) işğalında qəhrəmanlıq göstərən filankəs döyüşdə öldü” xəbərlərinə daha sıx-sıx rast gəlinir.
Ötən gün tirajlanan bir yazıda xatırlanan erməni terrorçu isə Rusiyadan döyüşmək üçün ölkəsinə qayıdandan sonra Qarabağda “döyüş mövqelərinə” gəlib çata da bilməmişdi – yoldaca məhv edilmişdi.
Xocalı da daxil olmaqla, silahsız azərbaycanlılara qarşı qırğınlar törədən qaniçən terrorçular 27-28 ildən sonra yenidən savaşa qatılmaq üçün gəlirlər. Onları isə 1992-ci ildə nənəsinin qucağında Xocalıdan gözü yaşlı çıxan uşaq tankın üstündə, əsgər kimi qarşılayır.
Onillərdir – 1905, 1918, 1988-92-cü illərdə qətlə yetirilən, belinə qaynar samovar bağlanıb, közün üstündə oynamağa məcbur edilən, zorlanan, döşündə siqaret söndürülən, sinəsinə qızdırılmış xaçla dağ basılan azərbaycanlıların RUHudur onları yenidən Qarabağa gətirən.
Bu ermənilər öz ömürlərini rahatlıqla tamamlaya bilməzdilər: onlar mütləq qətliam törətdikləri yerlərdə gəbərməli idilər. Onları bu torpaqlara yenidən gətirən işgəncə ilə öldürülən anaların, bacıların ruhu, onların qisasını qiyamətə qoymayan isə o qovulan, öldürülən, qətlə yetirilənlərin övladları, nəvələridir...
Qarabağda İlahi Ədalət günləridir bu günlər!..

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar