Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Araikin Şuşadakı müraciəti saxta çıxdı: Ermənistana qaçıb...

Baxılıb: 774     Tarix: 01-11-2020 15:09   

Qondarma “dqr”in separatçı rəhbəri Araik Arutunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
Qanunvehedef.az-ın xəbərinə görə, diqqətçəkən məqamlardan biri odur ki, son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni oktyabrın 30-da çəkilmədiyi aydın görünür.
Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, həmin tarixdən ən azı 7-10 gün əvvəl qeydə alınıb.
Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini separatçı rejimin rəhbərliyinin anlamasıdır.
Videosüjet təxminən oktyabrın 20-22-si arasında qeydə alınıb. Çəkilişdən dərhal sonra Araik Arutunyan öz “svitası” ilə Qarabağı tərk edib və Ermənistan ərazisində, Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.
Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi, Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar