Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Şuşa verilibsə, bu cəsədlər haradandır? - Paşinyan

Baxılıb: 920     Tarix: 16-11-2020 15:43   

Səhər “artsax” (keçmiş qondarma “dqr” nəzərdə tutulur – red.) rəhbərinin qeydində oxudum ki, Şuşa müdafiəçilərinin 150-dən çox cəsədi aşkar edilib. Şuşa xəyanətlə verilibsə, bu cəsədlər haradandır? Onlar kimin əmri ilə və niyə mübarizə apardılar?
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Şuşanın xəyanət nəticəsində təhvil verilməsi ilə bağlı iddiaların müəllifləri konkret məlumat vermirlər. Bu məğlubedilməz şəhər diversiya qruplarının əraziyə keçməsi ilə alınıb”, - o deyib.
Paşinyan bildirib ki, Ermənistan 7 rayon, üstəlik Şuşanın Azərbaycana verilməsinə razı olsaydı, müharibənin qarşısını almaq olardı:
“Amma bu, bizim yürütdüyümüz siyasətə uyğun deyildi. İndi isə əraziləri təhvil vermək bahasına müharibəni dayandırmaq istəyənlər məni xəyanətdə ittiham edirlər”.
Paşinyanın fikrincə, danışıqlar prosesini sonsuza qədər uzatmaq mümkün deyildi və 2016-cı ilin aprelində bu məsələ çat vermişdi. Həmin çat bağlanmadı deyə, məsələnin hərbi həlli ön plana çıxdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar