Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistanın başına gələnlər.. – Amerikalı zabit

Baxılıb: 816     Tarix: 30-11-2020 14:27   

Suriya, Liviya və Qarabağda aparılan əməliyyatlarda türk PUA-larının çox böyük təsiri var.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Rusiya mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanması şans məsələsi deyil:
“Bu, Bakının müharibədəki ən böyük dəstəkçisi Türkiyənin ərsəyə gətirdiyi dron döyüş sənətinin mükəmməlliyinin təzahürüdür. Avropa Birliyi ordularının əksəriyyəti belə bir təhlükə ilə üzləşərsə, Ermənistan silahlı qüvvələri kimi acınacaqlı vəziyyətə düşəcəklər. Qarabağ səmasında baş verənləri hərb sahəsində yeni bir inqilab adlandırmaq olar. Ermənistanın başına gələnlər PUA-ların istifadəsinə yönəlmiş yeni müharibə növünün zirvə nöqtəsi idi”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar