Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənilərin itkisi 4-ə çatdı: Ovannisyan isə “üzə” çıxdı

Baxılıb: 483     Tarix: 28-07-2021 11:09   
Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni hərbi birliklərinin təxribatı davam edərkən 44 günlük savaşdan sonra müharibə müddətində danışdığı saysız-hesabsız yalanlarına görə lənətlənən və buna görə də yoxa çıxan Artsrun Ovannisyan “tapılıb”.
Qanunvehedef.az xəbər verir ki, Ovannisyan bugünkü döyüşlərlə bağlı erməniləri “diqqətli olmağa” səsləyən paylaşım edib.
Erməni Teleqram kanalları isə hazırda davam edən atışma ilə bağlı müxtəlif iddialar səsləndirməkdədirlər. “Mirotvorets” kanalı əslində Ermənistan MN-nin itkilərlə bağlı yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, ölü sayının 3 deyil, 4 olduğunu, yaralıların isə 3 nəfər olduğunu yazıb.
Eyni zamanda ermənilərin bir hərbi postdan qovulduğunu da sosial şəbəkə istifadəçiləri qeyd edirlər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün yaydığı ilk açıqlamada 2 əsgərin yaralandığını, 5 əsgərin isə taleyinin naməlum olduğunu açıqlamışdı. İkinci açıqlamada isə 3 erməni əsgərin öldüyü, ikisinin yaralandığı bildirildi. Teleqram kanalları isə digər iki əsgərin taleyinə aydınlıq gətirilmədiyini bildirir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar