Əliyevdən Göyçə mesajı: Sonrakı mərhələyə saxlayırıq
Baxılıb: 370 Tarix: 17-08-2021 11:50

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.
Dövlətimizin başçısı deyib ki, Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır:
“Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.
Ən çox oxunanlar
Son xəbərlər