Hərbi elmdə ilk: Qarabağ necə azad edildi? - Video
Baxılıb: 556 Tarix: 07-09-2021 12:27
Qarabağ necə azad olundu? Birincisi, Qarabağda düşmənə birbaşa təmas olmadan PUA-ların köməyi ilə zərbələr dünyada digər münaqişələrdən daha çox tətbiq edildi. Bu, əlbəttə ki, döyüş əməliyyatlarının aparılmasında bütün dünya ölkələri üçün nümunədir.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Hərbi Elmlər Akademiyasının prezidenti, polkovnik Muxtar Serkpayev bildirib.
“İkincisi, ölkə rəhbərliyinin və Azərbaycanın Silahlı Qüvvələrinin qarşısında işğal olunmuş ərazilərin tezliklə azad edilməsi ilə yanaşı, bu işi az itki ilə başa vurmaq məsələsi dururdu. Bakı bunun da öhdəsindən gələ bildi.
Üçüncüsü, Qarabağdakı uğur Azərbaycanın ölkə rəhbərliyinin öncədən müasir ordu və hərbi sənaye kompleksini yaratmaq sahəsində çox böyük işlər görməsi ilə əlaqəlidir. Bu da Qazaxıstan da daxil olmaqla, bir çox ölkələr üçün nümunə olmalıdır.
Dördüncüsü, xalqın və ordunun qələbəyə inamı. Çünki işğal edilmiş ərazilərin azad edilməsi haqq işidir. Bundan başqa, dünya birliyinin, ilk növbədə, türk dövlətlərinin Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsində fəaliyyətinin düzgünlüyünə böyük dəstək verməsi.
Beşincisi, hərb elmi baxımından döyüş əməliyyatlarının PUA-larla aparılmasını mən yeni hesab etmirəm, amma Azərbaycan Ordusunun mövcud güc və vasitələrdən düzgün və rasional istifadəsini yeni yanaşma hesab edirəm. Bu işdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının sərkərdəlik istedadı özünü yüksək səviyyədə göstərdi”, - Serkpayev qeyd edib.
Ən çox oxunanlar
Son xəbərlər