Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı ilə razılıq əldə olunub? – Köçəryan açıqladı

Baxılıb: 441     Tarix: 17-09-2021 14:51   

Mən bu məlumatı nə təsdiq, nə də təkzib edə bilərəm. Amma deyə bilərəm ki, atəşkəsdən sonra bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistran parlamentinin Mülki Müqavilə fraksiyasından olan deputat Andranik Köçəryan erməni mətbuatında Azərbaycanla imzalanacaq müqavilə ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
“Təbii ki, biz bu mərhələyə daxil olmalı və gərginliyi azaltmaq və sülhü möhkəmləndirmək prosesini geridönməz hala gətirməliyik”, - Köçəryan bildirib.
Jurnalistlərin, “Niyə Bakı ilə demarkasiya və delimitasiya üzrə danışıqlar Sovet xəritələri əsasında aparılır” sualına Köçəryan belə cavab verib.
“Bəs, hansı xəritələrdən istifadə edək? Gəlin, xəritələri tanımayaq. Azərbaycan desin, bu ərazi mənimdir, biz də deyək, yox, mənimdir. Bu, dalandır. Əsas kimi bir sərhəd götürülməli və bir-birimizlə danışıqlara başlamalıyıq”.
Digər deputat Artur Ovannisyan da deyib ki, hakimiyyət danışıqlar barədə faktları ictimaiyyətdən gizlətməməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar