Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi...

Baxılıb: 340     Tarix: 22-09-2021 11:17   

Azərbaycan hərbçiləri sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı erməni mediasına Cütçü kəndi icmasının rəhbəri Lernik Avanesyan verib.
O deyib ki, Azərbaycan Ordusunun 1200 metr irəlilədiyinə dair Rusiya sülhməramlılarına məlumat verib:
“İnsident yerinə general Yeqorov gəldi. Danışıqlar davam edir”.
O, Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etdiyini, rusiyalı hərbçilərin isə toqquşmadan qaçmaq üçün separatçıların bayrağını Ermənistan bayrağı ilə əvəz etməyi təklif etdiyini bildirib. Avanesyan bayrağın dəyişdirilməsi danışığında şəxsən iştirak etdiyini söyləyib.
Bununla belə separatçıların bayrağının hələlik dəyişdirilmədiyi vurğulanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar