Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində - Video

Baxılıb: 503     Tarix: 26-11-2021 11:21   

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.
Qanunvehedef.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.
Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.
Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.
“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”-nı qəbul edib.
Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.
Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar