Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını açıqlayacaq

Baxılıb: 383     Tarix: 30-11-2021 10:13   

Haaqa məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq.
Bu barədə “Report”a Beynəlxalq Ədalət Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı elan edəcək.
COVID-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, bu il oktyabr ayında Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib.
İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar