Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya Ukraynada 118 hərbi obyekti sıradan çıxarıb

Baxılıb: 286     Tarix: 25-02-2022 12:51   

Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat zamanı 118 hərbi obyekti sıradan çıxarıb.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən sıradan çıxarılan obyektlər arasında 11 hərbi aerodrom, 13 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 14 ədəd “S-300” və “Osa” zenit-raket kompleksi və 36 radiolokasiya stansiyası var.
Bildirilir ki, həmçinin Ukraynanın 5 hərbi təyyarəsi, 1 helikopteri və 5 PUA-sı vurulub, 18 tankı və digər zirehli maşınları, 7 reaktiv yaylım atəş sistemi və 5 hərbi qayıq sıradan çıxarılıb. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}