Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KİYEV ƏTRAFINDA ŞİDDƏTLİ DÖYÜŞLƏR GÖZLƏNİLİR - Britaniya kəşfiyyatı yeni məlumatlar açıqladı

Baxılıb: 476     Tarix: 31-03-2022 13:08   

“Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiyanın şəhərə artilleriya və
raket zərbələri davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar”, - məlumatda vurğulanıb.


 ABŞ senatoru Anqus Kinq də CNN-ə müsahibəsində deyib ki, Ukraynada müharibə həlledici dövrə qədəm qoyur.

"Putinin ümidsizliyi daha da artır. Ukrayna Silahlı Qüvvələrinin növbəti 2 həftə ərzində nümayiş etdirdiyi döyüş qabiliyyəti proseslərdə ciddi rol oynaya bilər.

 Rusiya qoşunları istiqamətlərini dəyişiblər. Onlar artıq şərqə doğru hərəkət edirlər", - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyatın birinci mərhələsinin başa çatdığını bildirmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar