Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“ONLARA RAHAT HƏYAT HAQQI TANIMAMALIYIQ...” – “Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın”

Baxılıb: 561     Tarix: 05-08-2022 12:05   

“Baş verənlər üçtərəfli 10 noyabr 2020-ci il sazişini imzalamış ölkələrə, xüsusilə də Ermənistana müqavilənin şərtlərinin yerinə yetirilməsinin zəruriliyi ilə bağlı növbəti xəbərdarlıqdır”.
Bu fikri “xalqcebhesi.az” saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər Qarabağda vəziyyətin yenidən gərginləşməsinə münasibət bildirərkən dilə gətirib.
BAXCP sədri qeyd edib ki, Ermənistan işğalçı hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı, Laçın azad olunmalı, Naxçıvana Rusiyanın nəzarət etdiyi yol açılmalı, müqavilədə nəzərdə tutulan digər razılaşmalar icra olunmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına, yəni Qarabağda qızışdırdığı qanlı separatizmə dəstək verməyə son qoymalıdır. Bu olmadıqca, biz onlara rahat həyat haqqı tanımamalıyıq. Əks halda onlar danışıqları daha 30 il uzadacaq. Ermənistan Azərbaycana münasibətdə sülh və yaxın qonşuluq siyasəti aparmasa, etnik ermənilərin Azərbaycanda yaşayışı mümkün olmayacaq. Biz, elə etməliyik ki, onlar bir saniyə olsun belə bunu unutmasınlar. Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir. İlham Əliyev bu problemi gələcək nəsillərə saxlamaq istəmir. Bu gün Ərdoğan Putinlə görüşəcək və bu məsələ növbəti dəfə müzakirə olunacaq. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!...”
Qüdrət Həsənquliyev hesab edir ki, baş verənləri Rusiyanın oyununda yer almağımız kimi “qiymətləndirənlər” uğurlarımızdan pərt olanlardır: “Hər kəs bilməlidir ki, onlar sığındıqları və himayə olunduqları ölkələrin maraqlarından çıxış edirlər. İçərilərində az-çox vətənpərvərlik hissi qalanlar isə əminəm ki, gizlincə sevinirlər. Amma əzizlərini erməni faşistlərinin terror edib öldürdüyü şəxslərin “Haykanuş” kimi davranmaları və açıqlamaları çox üzücüdür. Bu iqtidarı sevməmək olar, ancaq Qarabağdakı uğurlara sevinməyib, onun üzərinə kölgə salmaq üçün vurnuxub arqumentlər axtarmaq, bizi Pelosinin Qarabağa gələ biləcəyi ilə qorxutmağa çalışmağın tək adı öz ölkənə xəyanətdir. Təəssüf ki, Rusiya münaqişənin həllində maraqlı görünmür və bu səbəbdən, Ermənistana təzyiq etmir. Yalnız, “tərəflər üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməlidir” kimi açıqlamlar verməklə kifayətlənir. Azərbaycan isə regionun inkişafı üçün qısa müddətdə sülh sazişinin imzalanmasını və münaqişəyə son qoyulmasını istəyir. Bundan başqa, əgər Rusiyanın maraqları ilə Azərbaycanın maraqları hansısa məsələdə üst-üstə düşürsə və bu bizə imkan verirsə ki, uğurlar əldə edək, onda buna sevinməliyik və bu bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın. Əsas bizim haqq işimizdə nailiyyətlər əldə etməyimizdir. Çalışmalıyıq ki, bütün həssas məsələlərdə regionun böyük dövlətləri haqqın və ədalətin yanında olsun, beynəlxalq hüququ dəstəkləsin”

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar