AZƏRBAYCAN FHN YANĞINSÖNDÜRƏNLƏRİNİ LAÇINA GÖNDƏRDİ - VİDEO (Yenilənib)
Baxılıb: 421 Tarix: 21-08-2022 12:11
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və maşınları Laçın şəhərinə ezam edilib.
Bu barədə məlumat və fotolar sosial şəbəkələrdə yayılıb.
“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”,- deyə yayılan məlumatda bildirilib.
Qeyd edək ki, yanğınsöndürən maşınların üzərinə "FHN FÜZULİ", "FHN BEYLƏQAN" yazılıb. Bu da ona dəlalət edir ki, yanğınsönürənlər FHN-in Qarabağ bölgəsinin maşınları və əməkdaşlarıdır.
FHN-in maşınlarını Rusiya sülhməramlıları müşayiət edir. Bu da prosesin 2 dövlətin (Rusiya və Azərbaycan) rəhbərliyi səviyyəsində getməsinin göstəricisidir.
Onu da qeyd edək ki, Laçın şəhəri və dəhlizi bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Bu prosesə etiraz edən gəlmə ermənilər şəhərdəki və dəhliz boyu yerləşən kəndlərdəki evləri vəhşicəsinə yandırırlar. Azərbaycan bunun qarşısını almaq və doğma, əziz Laçını yanğından qorumaq üçün bu addımı atır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər