Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video

Baxılıb: 641     Tarix: 26-09-2022 10:52   
 Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxs komissarlıqda atəş açmağa başlayıb. Nəticədə hərbi komissar və çağırış komissiyasının rəisi yaralanıb.
Atəş açan şəxs isə saxlanılıb. Daha sonradan həmin şəxsin 1997-ci il təvəllüdlü yerli sakin Ruslan Zinin olduğu və səfərbərliyə cəlb olunduğu məlum olub.
Bildirilir ki, Zinin atəş açmazdan əvvəl “Heç kim döyüşməyəcək. İndi hamımız evə gedəcəyik” deyə bağırıb. Bununla belə, onun bu sözləri videoya düşməyib. İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar