Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qərb Paşinyandan ilsonuna kimi sülh müqaviləsini imzalamağı istəyir”

Baxılıb: 733     Tarix: 11-10-2022 12:58   

“Kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan sülh müqaviləsini bu ilin sonuna qədər imzalamağı tələb edir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Mənbəmizin məlumatına görə, bu məsələ, həmçinin oktyabrın 6-sı Praqada bağlı qapılar arxasında müzakirə olunub. Mənbə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müqaviləni noyabrın 9-u imzalamağı təklif edib”, - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, qəzet xatırladıb ki, 2 il bundan əvvəl elə həmin gün Ermənistan tərəfi kapitulyasiya haqqında bəyanatı imzalayıb:
“Paşinyan isə buna etiraz edərək bildirib ki, həmin tarix erməni xalqının yaddaşında yaxşı gün olaraq qalmayıb və onlar düşünə bilər ki, sülh müqaviləsi deyildiyi kimi bizə yeni qapılar açmaq yerinə, ikinci kapitulyasiya olacaq”.
Qəzet, həmçinin yazır ki, Azərbaycan Mehridən keçən dəhliz barəsində də tələblərini irəli sürüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar