Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Aİ Ermənistana 40 müşahidəçi göndərəcək

Baxılıb: 912     Tarix: 17-10-2022 11:13   

“Avropa İttifaqının Ermənistan ərazisində yerləşdiriləcək mülki missiyasının tərkibinə ilkin mərhələdə 40 müşahidəçi daxil olacaq”.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, məsələnin təcili olmasını nəzərə alaraq, ilk müşahidəçilər Aİ-nin Gürcüstandakı missiyasının tərkibindən göndəriləcək.
Nümayəndə sözügedən məsələ ilə bağlı digər detalların hələ məlum olmadığını bildirib.
Qeyd edək ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bu gün Lüksemburqda iclas keçirəcəklər. İclasın gündəliyinə əsas olaraq Ukraynadakı münaqişə daxil edilib. Bununla yanaşı, nazirlərin bu gün Ermənistan ərazisinə göndəriləcək mülki missiyanı təsdiq edəcəkləri də gözlənilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar