Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

TALIBOVLAR “QEYBƏ ÇƏKİLİBLƏR” – Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

Baxılıb: 669     Tarix: 26-12-2022 16:05   

Bir neçə gündür ki, “səhhətinə görə” istefa verən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovu və onun yaxın qohumlarını Naxçıvanda “gördüm” deyən yoxdur.
“AzPolitika.info”-nun Muxtar Respublikadakı mənbələri bildirir ki, nə Vasif Talıbovun özü, nə oğlu Seymur, nə də rəsmən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini daşıyan qardaşı Məhərrəm Talıbov üz-araya çıxmır. Məlumatda qeyd olunur ki, Talıbovun müxtəlif dövlət idarələrində vəzifə tutan qardaşı oğulları və digər yaxın qohumları da Naxçıvanda gözə dəymirlər. 
Bir sözlə, talıbovlar “qeybə çəkiliblər” və sanki uzun illər Naxçıvanda “at oynadan”, “qılıncının dalı da, qabağı da kəsən”, Azərbaycan dövlət büdcəsindən Muxtar Respublikaya ayrılan vəsaitlərdən tutmuş gömrükdən gələn “qara pullara” qədər mənimsəyib, yüz milyonlara, hətta milyardlara sahib olan, Azərbaycan qanunlarını ayaq altına alıb, öz “əndrəbadi” qanunlarını tətbiq edən bunlar deyildi. İndi onları nə görən var, nə eşidən. Sanki Naxçıvanda belə bir tayfa yaşamır...
Talıbovların bu cür “qeybə çəkilmələrinin”, necə deyərlər, sıçan deşiyini satın almalarının onların hazırkı əzgin mənəvi-psixoloji durumu, yoxsa naxçıvanlıların qəzəbindən və tənəsindən çəkinmələri ilə bağlı olduğunu deyə bilmərik. Onu da deyə bilmərik ki, bu vəziyyət nə vaxta qədər belə davam edəcək. 
Onların ümumiyyətlə, Naxçıvanda yaşayıb-yaşamayacaqları da hələ bəlli deyil. Ancaq onu deyə bilərik ki, talıbovlar hazırkı durumlarında nəinki Naxçıvanı, ümumiyətlə, Azərbaycanı tərk etməyi arzulayırlar, əlbəttə ki, əgər onları buraxan olsa... 

Qanunvehedef.azшаблоны для dle 11.2