Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Tramp Marşrutu”nu həyata keçirmək üçün şirkət yaradılacaq

Baxılıb: 8716     Tarix: 10-12-2025 09:41   

“Ermənistanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” qeydiyyatdan keçiriləcək”​.

Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Siyasət Cəmiyyətində çıxışı zamanı bildirib.

“Bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq”, - Baş nazir deyib.

O, layihənin praktiki icrasına və tikinti işlərinə gələn il başlanılacağını əlavə edib.

Paşinyanın sözlərinə görə, “Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqəsi Orta Dəhlizin mühüm tərkib hissəsi ola, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edə bilər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar