Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Baxılıb: 951 Tarix: 22-10-2026 09:57

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.
Qanunvehedef.az xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib.
Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib.
Məlumata əsasən, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















