Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KTMT-dən İrana yaşıl işıq: Tehran qərar verərsə... – Politoloq

Baxılıb: 575     Tarix: 12-11-2018 14:50   
İran hazırda çox çətin durumdadır. Bu vəziyyətin gələcəkdə daha da kritik ola biləcəyini proqnozlaşdırmaq mümkündür.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, hazırda Rusiya və İran arasındakı münasibətlər az qala müttəfiqlik səviyyəsinə qalxıb:
“Bu münasibətlər günü-gündən inkişaf edir. İran Rusiyanın və Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatındə müşahidəçi qismində iştirak edir və bu təşkilatın bütün iclaslarına qatılır. Gələcəkdə İran KTMT-də də belə bir statusa can ata bilər”.
Politoloq qeyd edib ki, ABŞ İrana qarşı 12 şərt irəli sürüb:
“Bu şərtlər kifayət qədər ağırdır. Belə görünür ki, ABŞ bu şərtlərin hamısının yerinə yetirilməsini tələb edəcək. Ortada təkcə nüvə silahının istehsalına can atılmasının dayandırılması deyil, eyni zamanda, sosial narazılıq yaradaraq əhalinin mövcud rejimə qarşı mübarizəsini təşviq etmək niyyətləri də var. Yəni ABŞ mərhələ-mərhələ öz planlarını həyata keçirmək istəyindədir. Hətta ABŞ-ın İrana qarşı hərbi addımları da ola bilər. Belə ki, Amerikanın İranın nüvə mərkəzlərinə və bəzi obyektlərinə İsraillə birlikdə hava zərbəsi endirməsi istisna edilməməlidir. Belə mümkün ssenarilərdən sığortalanmaq üçün İranın ən etibarlı müdafiə imkanlarından biri də KTMT ilə əlaqələri yüksək səviyyəyə çatdırmaqdır. Hesab edirəm ki, İranın Rusiyanın iqtisadi yönümlü təşkilatlarına inteqrasiyasının şahidi oluruqsa, hərbi-siyasi yönümlü təşkilatlara da belə inteqrasiyanın baş verəcəyini proqnozlaşdırmaq olar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar