Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sadır Japarov: “Görüşün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”

Baxılıb: 2 333     Tarix: 04-07-2025 14:17   

“Görüşümüzün tarixi Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Qırğızıstan İƏT-in fəaliyyətinə böyük önəm verir: “İqtisadiyyatın inkişafı iqlim dəyişikliyi ilə sıx bağlıdır. Bu iki amil bir-birinə təsir edir. İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə təşkil edir. Qırğızıstan iqlim dəyişikliyinin həlli, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində həm regional, həm də qlobal əməkdaşlığa hazırdır”.
S.Japarov əlavə edib ki, bugünkü görüş Yaxın Şərqdə çətin vəziyyət fonunda keçirilir. İran və İsrail arasında gərginlik bütün regionun təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Prezident bildirib ki, Qırğızıstan iki ölkə arasında münaqişənin BMT nizamnaməsi əsasında sülh və diplomatik yolla həllinə çağırır.

Qəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar