Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Atəşgah” 5 aylıq maliyyə göstəricilərini açıqladı

Baxılıb: 667     Tarix: 04-07-2025 11:25   

2025-ci ilin yanvar-may aylarında “Atəşgah” Sığorta Şirkəti ASC 16 milyon 623 min manat sığorta ödənişi həyata keçirib. 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 969 min manat və ya 92,1% artım deməkdir. Ötən ilin eyni dövründə şirkətin sığorta ödənişləri 8 milyon 654 min manat təşkil edib.
Sığorta haqqlarına gəlincə isə cari ilin ilk beş ayında “Atəşgah” Sığorta Şirkəti ASC 25 milyon 764 min manat sığortahaqqı toplayıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 892 min manat və ya 17,8% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 21 milyon 872 min manat sığortahaqqı toplamışdı.
Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti müştərilərinə 30-dan çox könüllü və icbari sığorta növləri üzrə geniş spektrli sığorta xidmətlər təqdim edir. Şirkət gələcəkdə də innovativ yanaşmalar və yüksəkixtisaslı komandası ilə sığorta sektorunun inkişafına öz töhfəsini verməyə davam edəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2