Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bu xidmətlər hamısı ASAN-a verildi – Şərh

Baxılıb: 540     Tarix: 18-01-2019 16:20   
ASAN Xidmət ictimai inamı qazanmış qurumlardandır. Xidmətlərin yalnız ASAN Xidmət tərəfindən təklif olunması əhali üçün məqbuldur.
Bu sözləri Qanunvehedef.az-a ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılmasının ləğvi ilə bağlı qərara münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu, kifayət qədər düzgün qərardır:
“Çünki uzun müddətdir ki, Azərbaycanda paralel xidmətlərin təklifi müşahidə olunurdu. Doğrudur, bu, bir tərəfdən müəyyən qədər xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxarırdı. Çünki ASAN Xidmətlə digər dövlət qurumları arasında rəqabət mühiti formalaşmışdı. Amma digər tərəfdən son nəticədə bu, dövlət idarəetməsinin süni şəkildə şişməsinə gətirib çıxarırdı. Bu da büdcə üzərində əlavə fiksal yük formalaşdırırdı”.
İqtisadçı vurğulayıb ki, bu il institusional islahatlarla başlayıb:
"Bu islahatların ortaya qoyduğu çağırışlardan biri də paralel xidmət təklif edən qurumların fəaliyyətinin optimallaşması məsələsidir. Düşünürəm ki, ASAN Xidmət ictimai inamı qazanmış qurumlardandır. Xidmətlərin yalnız ASAN Xidmət tərəfindən təklif olunması əhali üçün də məqbuldur. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, paralel xidmətlərin aradan qaldırılması ola bilsin ki, ASAN Xidmət üçün müəyyən tələb yükü formalaşdırsın. Bundan sonra qurum çalışmalıdır ki, tələb artımı qarşısında öz xidmətlərinin keyfiyyətini aşağı salmasın".
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar