Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Putinlə Ərdoğanın mühüm görüşü: nələr əldə edildi?

Baxılıb: 628     Tarix: 09-04-2019 12:31   
Rusiya və Türkiyə liderlərinin görüşü olduqca maraqlı keçdi və bir sıra siyasi məqamlarla yadda qaldı.
Bu sözləri Qanunvehedef.az-a Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Kremldə baş tutan görüşü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, ilk növbədə Türkiyənin Rusiyadan alacağı S-400 raket sistemləri ilə bağlı Kremldə gedən müzakirələrə diqqət çəkib:
“NATO və ABŞ-ın basqılarına baxmayaraq, Ankara bu ilin avqustuna kimi sözügedən sistemləri almaqda israrlıdır. ABŞ isə bu sistemləri alacağı təqdirdə Türkiyəni NATO-dan çıxarılacağı və ABŞ istehsalı olan F-35 tipli qırıcı təyyarələrdən məhrum olacağı ilə təhdid edir. Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlığı ABŞ və NATO üzvləri ilə münasibətlərin pisləşməsi hesabına olmamalıdır. Ankara balanslaşdırılmış siyasət yürütməklə problemləri həll edə bilər. Bu mənada Türkiyə çox mürəkkəb bir dövrdən keçir. Türkiyə riskləri uğurla geridə qoysa, qardaş ölkə üçün yeni və böyük perspektivlər açılacaq”.
Politoloq görüşdə Ukraynadan yan keçməklə Türkiyədən Avropa bazarlarına “Türk axını” layihəsi ilə qaz ötürülməsi məsələsinin bir daha masaya yatırıldığını və detalların dəqiqləşdirildiyini qeyd edib:
“Bu ilin sonlarına qədər artıq Rusiya qazı Qara dənizdən Türkiyə sahillərinə çıxan qaz kəməri ilə Avropa bazarlarına çatdırılacaq. Bu məsələ ilə bağlı prinsipial razılaşma bir daha vurğulandı. Bu layihə əlbəttə ki, Türkiyə üçün əlverişlidir. Layihənin Azərbaycan qazı üçün müəyyən rəqabət elementləri yaratdığı da nəzərdən qaçmır. Ancaq istənilən halda marşrutlar fərqlidir, Azərbaycan qazı Cənubi Avropaya, rus qazı isə Mərkəzi Avropa və Türkiyəyə tədarük ediləcək”.
Q.Hüseynli görüşdə turizm, Türkiyənin kənd təsərrüfatı məhsullarının rus bazarlarına çıxışı ilə bağlı da müəyyən razılıqların əldə edildiyini əlavə edib:
“Bu istiqamətdə aparılan müzakirələr də Ankaraya yeni perspektivlər və qazanc vəd edir”.
Qeyd edək ki, ötən gün Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.шаблоны для dle 11.2



Ən çox oxunanlar