Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya rəsmən Donbasın işğalına başladı.

Baxılıb: 717     Tarix: 25-04-2019 12:27   
 
Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ilk böyük zərbəsini də vurdu.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, bu addım Donbasın Ukraynadan qoparılması prosesini sürətləndirməyə xidmət edir:
“Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir. Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotetik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar coğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb".шаблоны для dle 11.2



Ən çox oxunanlar