Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb –

Baxılıb: 735     Tarix: 27-04-2019 08:00   
 
  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.
AzərTAc xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəlib. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildiriblər, bu dəstəyi hər zaman hiss etdiklərini söyləyiblər.
Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib: “Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün ponsionatları gəzəcəyəm”.
Mehriban Əliyeva bildirib ki, Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq: “Son illərdə mən görürəm ki, müsbət dinamika var.
Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək”.
Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə olub.
Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkib, buradakı yaşayış şəraiti ilə yaxından tanış olub, məcburi köçkün ailələrinin müraciətlərini dinləyib, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğulayıb.
Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də olub. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbdə müəllimlərlə görüşüb: “Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim”.
Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə gəlib.
Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşüb, müraciətləri dinləyib və onların həlli istiqamətində tapşırıqlarını verib. Bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparılır və bu qəbildən olan soydaşlarımızın problemləri həmişə dövlətin diqqət mərkəzindədir.
Daha sonra Birinci vitse-prezident məcburi köçkün Şəmsiyyə Mehdiyevanın evində olub.
Birinci vitse-prezidentin adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr təqdim edilib.
Mehriban Əliyeva buradakı digər mənzillərdə yaradılan şəraitlə də yaxından tanış olub .
Yaşayış kompleksində ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar