Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Narkotikə görə tutulan baş redaktor danışdı: Şərlənmişəm

Baxılıb: 525     Tarix: 03-05-2019 11:00   

Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan ötən gün narkotik alveri ilə məşğul olduğuna görə polis tərəfindən tutulması barədə yayılan xəbərlərə münasibət bildirib.
Qanunvehedef.az Ş.Ağacanın yaydığı açıqlamanı təqdim edir:
“Öncəliklə bütün dostlarım və xalqıma demək istəyirəm ki, mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir nəfərin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm.
Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca, bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan “möhtəşəm ssenari”nin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur.
Mən həmişə "Narkomaniya" bəlasına qarşı mübarizə aparan biri olmuşam. Azərbaycan qızı, ana olaraq bir çox işlərə imza atmışam.
03.05.2019 tarixində saat 10:00 radələrində məhkəməm olacaq, məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm ki, mənə atılan bu iyrənc böhtana qarşı saat 10.00-da Xətai rayon Məhkəməsində hər kəsin mənə dəstək olmasını gözləyəcəm. Gələ bilənlərə və gəlmə imkanı olmayan dəstəyi, ürəyi mənimlə olan hər kəsə indidən minnətdarlığımı bildirirəm!
Hörmətlə, Şəfəq Ağacan”.шаблоны для dle 11.2



Ən çox oxunanlar