Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı ilə bağlı qərarı UEFA verib, onlar yox! - Deputat

Baxılıb: 486     Tarix: 23-05-2019 11:48   
Avroliqanın finalının Bakıda keçirilməsinə “Amnesti İnterneşnl” qeyri-hökumət təşkilatı yox, UEFA qərar verib.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə “Amnesti İnterneşnl” təşkilatının Avropa Liqasının finalının Bakıda keçirilməsini tənqid etməsinə münasibət bildirərkən deyib.
O, finala ölkəmizin ev sahibliyi etməsinin təsadüfi olmadığını söyləyib:
“Azərbaycan ev sahibi olmaq haqqını iki namizəd ölkə arasında gərgin mübarizədə qazanıb. UEFA Azərbaycanın paytaxtını final yarışı keçirilən bir yer kimi seçərkən bütün məsələləri, o cümlədən insan hüquqlarının vəziyyətini, bura gələcək insanların təhlükəsizliyinin qorunmasını, futbol yarışının bir bayrama çevriləcəyi proqnozunu nəzərə alıb. Aydın görünür ki, son dövrlərdə Azərbaycan seçiminə Avropada bəzi dairələr çox böyük qısqanclıqla yanaşırlar, çox absurd bəhanələr gətirərək, bu yarışa kölgə salmağa çalışırlar. Ancaq biletlərin hamısı satılıb. Azərbaycan bu yarışı yüksək səviyyədə keçirməyə hazırdır. Avroliqanın Azərbaycanda keçiriləcək finalı futbol tarixində çox möhtəşəm oyunlardan biri olacaq.
Bəzi dairələrin xaricdə müəyyən rıçaqlar vasitəsilə həm yarışın keçirilməsinə mane olmaq, həm də Azərbaycan haqqında mənfi fikir yaratmaq cəhdləri boşa çıxacaq. Çünki onların gətirdiyi bəhanələrin heç bir əsası yoxdur”.
Qeyd edək ki, korrupsiyada adı hallanan “Amnesti İnterneşnl” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib.шаблоны для dle 11.2