Rus jurnalist Bakı finalından yazdı: Mxitaryan gəlsəydi...
Baxılıb: 501 Tarix: 30-05-2019 15:10
Henrix Mxitaryanın Azərbaycanda keçirilən Avroliqanın final oyununa qatılmamaq qərarı birmənalı deyil. Keçmişin məşhur sovet və ukraynalı futbolçusu Oleq Bloxin Mxitaryanın avrokubokun final oyunundan iştirakdan imtinasını axmaqlıq adlandırdı. Görüşün nəticəsi də - “Çelsi”nin böyük hesablı qələbəsi ona işarə edir ki, məhsuldar erməni hücumçunun meydanda olması “Arsenal”a daha layiqli oynamağa kömək edə bilərdi.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə “News.ru” saytının yazarı Kiril Snastin çıxış edib. Mətbuatda Azərbaycanla bağlı gedən bir sıra qərəzli məlumatlara diqqət yetirən jurnalist bunların heç bir uğurlu nəticəyə gətirib çıxarmadığını bildirib:
“Yeri gəlmişkən, oyun günü internetdə İndoneziyadan olan azarkeşlərin Bakıda “Mxitaryan” yazılı futbol geyimində gəzərkən yerli polis tərəfindən saxlanılmaları videosu çox baxış yığdı. Lakin burada tabloidlərin bağlı qalacağı heç bir şey yox idi, çünki ekzotik fanatları sakit saxladıqları kimi, sakitcə də buraxdılar”.
Jurnalist oyun günü çoxlarının stadionun yarıboş olacağını gözlədiyini, amma bəzilərinin bu ümidlərinin də doğrulmadığını bildirib:
“Nəticə olaraq bəziləri təəssüflə, bəziləri isə sevinclə Avropa Liqasının final oyunu zamanı Bakı Olimpiya Stadionunda yarıboş tribunalar görəcəklərini gözləyirdilər. Obyektiv desək, hətta televiziya efirlərindən də görünürdü ki, tribunalardakı bütün yerlər dolub. Bununla belə, qarşı çıxa bilməyəcəyin statistik məlumatlar da var. Onlar aşkar edir ki, Bakı finalının tamaşaçı auditoriyası 51.370 nəfər olub. Üstəlik, bu, turnir tarixində həlledici oyuna qatılanların sayına görə üçüncü göstəricidir. Rekord izləyici sayı bir il əvvəl Fransanın Lion şəhərindəki Marsel “Olimpik”i ilə Madrid “Atletiko”su arasında oyunda qeydə alınmışdı. Görürsünüz ki, fərq elə də çox deyil, hansı ki, bununla da Azərbaycan paytaxtındakı finalın təşkilatçıları fəxr edə bilərlər”.
Azarkeşlərin bir qisminin tribunların meydançadan çox uzaq olmasıyla bağlı şikayətinə toxunan Snastin bəzi ekspertlərin bu faktla bağlı səsləndirdikləri tənqidə də cavab verib:
“Mübahisə etmirik ki, meydança ətrafında yüngül atletika sahələri üçün nəzərdə tutulan yerlərin olduğu arenalar müasir futbol stadionları dövründə “köhnəlik” kimi görünür. Əvvəla, analoji çatışmazlıqla izləyicilər təkcə Azərbaycan paytaxtında rastlaşmırlar, eyni cür universal arenalar indiyə qədər Avropada, xüsusilə futbol mənasında çox da yaxşı inkişaf etməyən ölkələrdə kifayət qədərdir. İkincisi, hətta bu memarlıq çatımazlığı belə heç bir şəkildə Bakının köhnə qitənin digər 11 şəhəri ilə birgə Avro-2020-nin bir sıra oyunlarını keçirməsinə təsir etmir. Üstəlik, UEFA prezidenti Aleksandr Çeferin də Avropa Liqasının finalına hazırlıqla bağlı təşkilatçıların gördüyü işi yüksək dəyərləndirdi”.
Məqaləsinin sonunda rusiyalı jurnalist Avroliqanın Bakıdakı finalının heç bir şübhəsiz uğurlu alındığını və futbol tarixinə növbəti parlaq səhifə kimi düşdüyünü bildirib.
Ən çox oxunanlar
Son xəbərlər