Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Almaniyada 12 azərbaycanlının deportasiyası təxirə salıındı - FOTO

Baxılıb: 638     Tarix: 04-03-2020 10:27   

Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi.
Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa mindirilərək hava limanına aparılıblar. Təxminən iki saat gözləyəndən sonra həmvətənlərimizə təyyarə reysinin ləğv olunduğu elan olunub.
Səbəb kimi isə BAMF-la İtaliyanın Miqrasiya İdarəsinin koronavirusa görə sığınacaq axtaranların göndərilməsinin qeyri-müəyyən vaxta dayandırılması ilə bağlı anlaşma göstərilib.
İtaliya hökumətinin indiyə kimi açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə 2 263 nəfər koronavirusa yoluxub. Onlardan 79-u dünyasını dəyişib. Yunanıstandan sonra İtaliya da qaçqın və miqrant qəbulunu bir ay dayandırdığını elan edib.шаблоны для dle 11.2