Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirlikdən hava xəbərdarlığı: külək, leysan...

Baxılıb: 878     Tarix: 22-08-2020 11:42   

Azərbaycanda müşahidə olunan hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri sabit keçəcəyi ,şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar